Milli Qəhrəmanlara verilən Prezident təqaüdü 200 manat artırılıb.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Milli Qəhrəman adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.