Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu Hüseyn Cavid prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 24 aprel 2018-ci il tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən xəbərə görə, qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.
Agentlik sürücülərdən qeyd olunan tarixlərdə alternativ yollardan istifadə etməyi tövsiyə edir və sözügedən ünvanlarda hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələrini xahiş edir.