26 Aprel 2018 15:32
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıdakı sığınacaqlardan birinə Cəlilabad sakini olan qadın və 6 yaşlı qızı yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, ailədaxili məsələ səbəbindən paytaxta üz tutan və burada heç kimi olmayan qadına ilk olaraq rastlaşdığı 65 saylı marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsü yardım göstərib.

Getməyə yeri olmadığı üçün avtobus bir dövrə vursa da düşməyən qadın və övladı sürücünün diqqətini çəkib. Sürücü İntiqam Qasımov qadından necə kömək edə biləcəyini soruşub. Məlum olub ki, 3 uşaq anası olan Gülnarə adlı qadın kiçik qızını götürərək Bakıya üz tutub və burada getməyi yeri və pulu yoxdur. Sürücü onlara yemək və su alıb. Həmçinin bu barədə aidiyyatı qurumlara məlumat verilib.

Havanın soyuq olması səbəbindən bir neçə dövrəsi ərzində avtobusdan düşməyən ana və övladı daha sonra qadın “Təmiz Dünya” İctimai Birliyinin əməkdaşlarının iştirakı ilə sığınacağa təhvil verilib.

Qeyd edək ki, 65 saylı marşrut xəttinin rəhbərliyi göstərdiyi nümunəvi xidmətə görə sürücü İntiqam Qasımova təşəkkür elan edib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər