Yunanıstanın Saloniki şəhərində qida festivalı keçirilib.
Teleqraf.com xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, 21-ci Qida Festivalında Azərbaycanı “Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti təmsil edib.
Cəmiyyət festivalda Azərbaycanın plov, dolma, qutab və digər təamlarla təmsil edib. İştirakçılar milli xörəklərimizə böyük maraq göstəriblər. Festival həm də xeyriyyə məqsədi daşıyıb.
Buradan əldə olunan vəsait Filiroda yerləşən yunan uşaq evinə bağışlanıb.