25 İyun 2018 21:13
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 27-dən 29-dək Makedoniyanın Skopye şəhərində NATO Parlament Assambleyasının 98-ci Rouz-Rout seminarı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, sessiyada Azərbaycanı Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamran Bayramov təmsil edəcək.

“Qərbi Balkanların avro-atlantik inteqrasiyası: Avropanın sülh layihəsinin gücləndirilməsi” mövzusuna həsr olunmuş seminarda Qanunun aliliyinin möhkəmləndirilməsi, Administrasiya və məhkəmə sahəsində islahatlar, Korrupsiyaya qarşı mübarizə, Miqrasiya böhranı, Müdafiə və təhlükəsizlik sektorunda islahatlar, İctimai rəyin yaradılmasında dezinformasiyanın və yanlış məlumatların rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq.


Müəllif: Cavad