15 Avqust 2014 17:35
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyinin keçirdiyi müsabiqələrə əsasən “SABAH” qruplarına 738 tələbə seçilib.

Nazirlikdən Teleqraf.com-a verilən xəbərə görə, Azərbaycanda fəaliyyət göstərən 34 ali təhsil müəssisəsinin I kurs tələbələrindən, 53 ixtisas üzrə müsabiqə yolu ilə “SABAH” qruplarının formalaşdırılması nəzərdə tutulub. Musabiqə prosesi üç mərhələdən – elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarət olub.

Elektron ərizələrin qəbulu “SABAH” qruplarının rəsmi saytı (www.sabah.edu.az) vasitəsilə 12 may - 15 iyun 2014-cü il tarixlərində aparılıb. Elektron müraciət edən 2479 tələbədən 2034-ü sənədini təsdiqləyib.
“SABAH” qruplarına test imtahanı 6 iyul 2014-cü il tarixində Bakıda və Naxçıvan şəhərlərində eyni vaxtda keçirilib. Test imtahanında iştirak etmiş tələbələrin imtahan nəticələrinin yekun təhlili aparılarkən ixtisasların prioritetliyi nəzərə alınıb. Müsahibəyə buraxılmış 859 tələbədən 843 nəfəri müsahibədə iştirak edib.

SEVİL


Müəllif: