10 İyul 2018 19:55
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi Azərbaycan İlahiyyat İnstitutunda olub.

İnstitutdan Teleqraf.com-a verilən məlumata görə, rektor Ceyhun Məmmədov Azərbaycanla İran arasındakı çoxəsirlik tarixə malik münasibətlərin yüksək səviyyədə olduğunu bildirib.

O, eyni zamanda İnstitutun fəaliyyəti, gələcək planları ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, İlahiyyat İnstitutu müsəlman ölkələrinin analoji qurumlarının təcrübəsini öyrənməyi, onlarla sıx əməkdaşlıq etməyi planlaşdırır.

Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi Qonaq yeni yaranmış İnstituta müvəffəqiyyətlər arzulayıb. Sədr xüsusən institutda fars dili və İslam incəsənəti ilə əlaqəli kursların təşkil edilməsində, həmçinin İranda mövcud olan elmi mərkəzlərlə əlaqələrin qurulmasında və institutun kitabxanasının zənginləşdirilməsində İran Mədəniyyət Mərkəzinin Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlığa hazır olduğunu bildirib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər