Bu ilin 11 ayında 149 min şəxs işlə təmin olunub.
Teleqraf.com Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir ki, ümumilikdə isə bu ilin yanvar-noyabr aylarında 366,9 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Onlardan 16,1 min şəxs kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. Eyni zamanda 11 ayda 14,5 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 187,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib.