11:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ildə 12 prioritet layihənin maliyyələşdirilməsinin xarici kreditlər hesabına həyata keçirilməsi nəzərdə tutulub. Bunlardan 4-ü icrası davam edən, 8-i isə imzalanması nəzərdə tutulan yeni layihələrdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin dövlət büdcəsi layihəsi üzrə rəyində qeyd edilib. Bildirilir ki, növbəti il üçün xarici dövlət borcu üzrə ödənişlər 1 milyard 441 mln. manat nəzərdə tutulub. Bu da 2024-cü ilin ilkin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 31 mln. manat az, yenidən baxılmış məbləğdən isə 316,3 mln. manat çoxdur. Qeyd edək ki, cari ilin ilkin təsdiq edilmiş büdcəsi ilə müqayisədə faiz xərclərinin 142,4 mln. manat azalmasına baxmayaraq, əsas borc ödənişlərində 111,4 mln. manat artım müşahidə edilir. Əsas borc ödənişlərində artımın əsas səbəbi “Azərbaycan Dəmir Yolları” nın 172 mln. manat, “Azərenerji” -nin isə 10,7 mln. manat məbləğində dövlət zəmanəti ilə təmin edilmiş öhdəliklərinin xarici borca xidmət xərclərində nəzərə alınmasıdır. 2024-cü ilin ilkin təsdiq edilən göstəriciləri ilə müqayisədə xarici dövlət borcunun faiz xərcləri azalsa da, daxili dövlət borcunun faiz xərcləri 64,2% artıb. Palatanın rəyində o da qeyd edilir ki, daxili borcun həcminin artması bazarın kifayət qədər inkişafına səbəb olmayıb. Lakin büdcə xərclərinin artmasına gətirib çıxarıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər