19 İyul 2018 16:36
1 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki gündür ki, sosial şəbəkələrdə Milli Məclisin sədr müavini Bahar Muradovanın adından belə bir cümlə paylaşılır: “Əhali yoxsul yaşamağa öyrəşsin”

Təbii, bu fikirləri əks etdirən hansısa bir mənbə yoxdur.

Bəs bu fikirlər niyə görə Bahar Muradovanın adından paylaşılır?

Modern.az saytı məsələyə aydınlıq gətirməyə çalışıb.

Bahar Muradovanın köməkçisi Elman Aslanov saytımıza açıqlamasında bunları deyib:

“Bu cür əsassız və heç bir sübutu olmayan yalan informasiyalara inanmaq lazım deyil. Sözügedən məsələ ilə bağlı 2 il bundan öncə bəzi bədxahlar tərəfindən yayılmış informasiyanın şər və böhtana bağlı olduğu, cəmiyyətdə ajiotaj yaratmaq və gözdən salma məqsədi daşıdığı sübuta yetirilib. 2016-cı ilin dekabr ayında keçirilən büdcə müzakirələri zamanı nəinki Bahar xanım, həmin iclaslarda iştirak edən heç bir dövlət nümayəndəsi bu cür fikir səsləndirməyib. Bunu açıq-aydın iclasların bütöv şəkildə “youtube” səhifəsinə yerləşdirdiyimiz videolarında da görə bilərsiniz. Ortadakı şübhələri və qərəzi aradan qaldırmaq üçün məsələyə həssas yanaşan hər kəsi həmin materiallara baxmağa dəvət edirəm”.


Müəllif: Teleqraf.com