İnternetdə bir neçə azyaşlının ölümünə səbəb olan "Mavi balina" oyunundan sonra yeni təhlükəli proqram yayılıb.
Teleqraf.com xəbər verir ki, bu votsap sosial şəbəkəsində yayılan "Momo" oyun proqramıdır.
Meksikada internet üzərindən həyata keçirilən cinayəti araşdıran polis canilərin "Momo" oyununun təsiri altına düşdüyünü öyrənib.
"Hər şey Feysbukda başlayıb. Bir qrup insan tanımadıqları nömrəyə zəng etmək üçün bir-birilə yarışa girib. Bəzilə "Momo" proqramına mesaj atıblar və cavab olaraq telefonlarına şiddəti təbliğ edən foto gəlib. Bəzi istifadəçilər şəxsi məlumatlarının ictimailəşəcəyi ilə hədələniblər. Meksika polisi vətəndaşları "Momo" oyunundan uzaq durmağa çağırıb. Amma oyun Cənubi Amerikanın sərhədlərini keçərək ABŞ, Fransa, Nepal kimi ölkəlrə sürətlə yayılıb.
İspaniya polisi də məsələ ilə bağlı anoloji çağırış edib.