28 Aprel 2014 12:14
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman naziri Azad Rəhimov son vaxtlar nazirliyin adı ilə bağlı olan və gündəmdən düşməyən korrupsiya faktına aydınlıq gətirib.

Teleqraf.com xəbəbr verir ki, Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, yayılan məlumat jurnalistlərin qeyri-peşəkarlığından başqa bir şey deyil: "Məlumat yayanda nazirliyə, mətbuat katibliyinə zəng vurub rəqəmləri soruşmaq və o rəqəmləri əldə etmək olardı. Ancaq hansısa mətbuat orqanları hansısa naməlum mənbədən rəqəmlər tapıb onu yayımlayır, sonra həmin rəqəmlərlə bağlı bizə sual ünvanlayırlar. Biz belə hallarda gülməli vəziyyətdə qalırıq. Məsələn, Sabirabad Olimpiya Kompleksi 8 milyon 370 min manata tikilib. Həmin mətbuat orqanı deyir ki, 837 minə tikilib. Bu, onun öz səhvidir”.

Qeyd edək ki, mətbuatda Hesablama Palatasına istinadən Gənclər və İdman Nazirliyinin Olimpiya komplekslərinin tikintisi zamanı yeyinti faktlarına yol verildiyi barədə məlumatlar yayılıb.

Sevinc


Müəllif:

Oxşar xəbərlər