19 Avqust 2014 12:19
1 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsində Qaradağ İcra Hakimiyyətinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun olaraq keçirilən aksiyada rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların işçiləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar.

Bu xeyriyyə aksiyasının keçirilməsində məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən ibarətdir.

Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilir. Belə ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

/qafqazinfo/


Müəllif: