Bakı şəhəri Nəsimi rayonu Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin dəyişdirilir.
“Azərsu” ASC-dən Teleqraf.com-a daxil olan xəbərə görə, bununla əlaqədar 23 avqust 2014-cü il tarixdə saat 09:00-dan etibarən Nəsimi və Səbayel rayonlarının bir hissəsinə - Bülbül və Azadlıq prospektləri arasında yerləşən abonentlərə içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.