20 Dekabr 2018 10:52
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda şəhər və rayon icra hakimiyyətləri müxtəlif parklarda 30-dan çox yolka quraşdırır.

Bu barədə Teleqraf.com-a Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən məlumat verilib.

Məlumata görə, işlər dekabrın 22-də yekunlaşacaq. Dənizkənarı Bulvar İdarəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də ayrıca yolkalar qurur:

“Şaxta baba olmaq istəyənlər Departamentə müraciət etməlidirlər. Onlar dekabrın 25-dən yanvarın 3-dək işləyəcəklər. Bu barədə hələlik müraciət yoxdur. Qiymət keçən il olduğu kimidir, dəyişməyib. Yəni Şaxta baba və Qar qız icazəsi almaq üçün rüsum 60 manatdır.

Artıq metrostansiyaları qarşısında 23 çadır qurulub və bayram yarmarkaları fəaliyyət göstərir.

Eyni zamanda parklar, əsas yol kənarları və bir sıra ağaclar işıqlı çilçıraqlarla bəzədilir”.


Müəllif: Aytən

Oxşar xəbərlər