24 Dekabr 2018 17:13
1 364
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Ali Məsləhət Şurasının sədri Mahmud Haşimi Şahrudinin ölüm xəbəri yayılıb.

Teleqraf.com xəbər verir ki, İran KİV-də yayılmış məlumat onun yatdığı xəstəxananın baş həkimi tərəfindən təkzib edilsə də, vəziyyətinin ağır olaraq qaldığı bildirilir.

Qeyd edək ki, 1948-ci ildə İraqın Nəcəf şəhərində doğulan Mahmud Haşimi Şahrudi İran və İraq vətəndaşıdır. O, 2017-ci ildə dini lider Əli Xameneyi tərəfindən bu vəzifəyə təyin edilib.

Bundan əvvəl İran məhkəmə sisteminin başçısı olan Mahmud Şahrudi çoxlu sayda edam hökmü çıxarması ilə məhbusların “qorxulu kabus”una çevrilib.

Əlavə edək ki, Şahrudinin səhhətinin pisləşməsi ilə bağlı ilk xəbər bu gün səhər saatlarında yayılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər