30 Dekabr 2018 09:14
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il dekabrın 1-dək Azərbaycanda rəsmi olaraq 30,4 min işsiz qeydə alınıb.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu, bir il ərzində 17,8 faiz azalma deməkdir. Məlumata görə, işsizlərdən 38,1 faizi qadındır.

Hesabata əsasən, bu il dekabrın əvvəlinə Azərbaycanın iqtisadi fəal əhalisinin sayı 5 137,6 milyon nəfərə yaxın olub.

Qeyd edək ki, 2018-ci il noyabrın 1-ə olan vəziyyətə əsasən, muzdla işləyən şəxslərin sayı 1 552,8 milyon nəfərə bərabər olub. Onlardan 884,7 min nəfəri dövlət sektorunda, 668,1 min nəfəri özəl sektorda işləyir.

Neft sektorunda işləyənlərin sayı 33,9 min nəfər, qeyri-neft sektorunda işləyənlərin sayı 1,5 milyon nəfərdən çox olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər