“ABŞ-da müəyyən senatorların və konqresmenlərin erməni lobbisinin təsiri altında olduğu faktdır”.
Teleqraf.com-un məlumatına görə, bunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
F.Ağamalı bildirib ki, erməni diasporu uzun illərdir ABŞ-ın həm siyasi, həm də iqtisadi həyatında geniş fəaliyyət göstərir. Onun sözlərinə görə, Kaliforniya ştatı senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi müraciət bundan qaynaqlanır. “Bu gün erməni lobbisi ABŞ-ın siyasi həyatına təsiretmə imkanına malikdir. Hesab edirəm ki, bu fakt bizi Ermənistana qarşı apardığımız ədalətli mübarizədən çəkindirməli deyil” – deyə, F.Ağamalı qeyd edib.
Səxavət