5 Mart 2019 16:59
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının yürüşlə bağlı müraciətini cavablandırıb.

Teleqraf.com-un xəbərinə görə, BŞİH-də müraciətə baxılıb və Müsavat Partiyasının martın 10-da, saat 15:00-da Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsindən yürüş etməklə “Dərnəgül” metrostansiyası yaxınlığında və Yasamal rayonu, Həsən Bəy Zərdabi prospektindən yürüş etməklə İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Bu barədə yürüş təşkilatçıları məlumatlandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər