15 Mart 21:56

Martın 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında “Nəsimi 650” bədii qiraət müsabiqəsi keçirilib.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə çıxış edən Akademiyanın rəisi, general-mayor Baba Salayev tədbirin əhəmiyyətindən ətraflı bəhs edib. Vurğulayıb ki, şəxsi heyət və kursantların asudə vaxtlarının səmərəli təşkili və onların hərtərəfli inkişafı məqsədilə “Nəsimi 650” bədii qiraət müsabiqəsinin keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Sonra müsabiqəyə start verilib. Müsabiqədə iştirak edən 9 kursant böyük Azərbaycan şairi İmadəddin Nəsiminin şeir və qəzəllərindən ibarət kompozisiyalar təqdim ediblər.

Sonda ilk üç yerin qalibi münsiflər heyəti tərəfindən mükafatlandırılıb, onlara fəxri fərman və qiymətli hədiyyələr verilib.

Xatırladaq ki, 2019-cu ildə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixində bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.


Müəllif: Teleqraf.com
loading...