18 Mart 2019 15:44
575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində 20-24 mart tarixlərində qeyri-iş günü olacaq.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, martın 25-dən etibarən isə mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlanmaq olar.

Vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə bağlı ətraflı məlumatı 108 “Çağrı” mərkəzi vasitəsilə əldə edə bilərlər.


Müəllif: Teleqraf.com