28 Mart 2019 17:05
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Diqlas" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində sahibkara dəymiş ziyanla əlaqədar ilkin məlumatlar alınıb.

Teleqraf.com-un məlumatına görə, bunu Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayev dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq bir sıra addımların atılacağını bildirib. Nazir ticarət mərkəzində icarədə olan sahibkarlara dəyən ziyanın müəyyənləşdirilməsi ilə bağlı görüşlərin keçirildiyini və ziyanla əlaqədar ilkin məlumatların alındığını diqqətə çatdırıb.

O, sahibkarlara bir neçə istiqamətdə ilkin dövlət dəstəyinin göstəriləcəyini, müəyyən halda güzəştli kreditlərdən istifadə ilə bağlı mexanizm üzərində də işlənildiyini, sahibkarların yeni ticarət mərkəzi tikilənə qədər digər ticarət mərkəzlərində yerləşdirilməsi istiqamətində işlərin aparıldığını vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər