10 Aprel 2019 11:06
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bir azərbaycanlı, vətəndaş, ana, cəmiyyət adamı və milyonların dilində əzbər "Məktəb illəri" mahnısının bəstəkarı olmağım və ən əsas vicdanım məni bunları yazmağa vadar edir".

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti, görkəmli bəstəkar və millət vəkili Ziyad Səmədzadənin qızı Aygün Səmədzadə sosial şəbəkədə yazıb. O, 8-ci sinif şagirdi Elina Hacıyevanın faciəvi ölümünə münasibət bildirib:

“Məktəbdə ölüm baş verib. Şagird intihara sürüklənib.Ya da söyülərək, döyülərək yuxarıdan yerə atılıb. "Ailəsində problem, psixoloji vəziyyətində problem" ifadələri altında əslində bir məktəbin daxili problemləri gizlənir. Uşaq intihar üçün niyə məktəbi seçir. Niyə məktəb uşaqlarına "sus" əmri verilib və niyə valideynlər xəstəxanada ölüm ayağında olan övladın yanına buraxılmayıb.

Məktəb ikinci ailədir, evdir deyərdilər. Məktəbdə intihar, məktəbdə əxlaqsızlıq, məktəbdə alver kimi yazı başlıqlarına son zamanlar tez-tez rast gəlinir və hamı oxuyur, izləyir və yan keçir. Hər şeyə ötəri baxa bilərsiniz, gülüb, istehza edib yan keçə bilərsiniz. Uşaq ölümlərindən başqa. Adını intihar, xəstəlik qoysalar belə...

Bu hadisə belə soyuqqanlılıqla yaddaşlardan itə bilməz. İctimaiyyət buna münasibət bildirməlidir. Şəhərin mərkəzində, şəhid Etibar Əliyevin adını daşıyan, Murtuza Muxtarovun inşa etdirdiyi binada yerləşən 100 yaşlı Azəbaycan məktəbində, 162 nörməli təhsil oacağında cinayət baş verib. Bəli, bəli, cinayət... Hər bir intiharın arxasında bir cəza, bir müəmma durur. Susdurulmaq cəhdləri varsa, bu, daha bir cinayətdir.

Bu məktəbdə təcili şəkildə hər sahədə yoxlama aparılmalı, şagird-müəllim-direktor münasibətləri, təlim-tərbiyə metodları araşdırılmalıdır.

Bir mahnıya, kiminsə açıq-saçıq geyiminə, tərbiyəsiz hərəkətinə biganə qalmayıb xərclədiyiniz enerjini bu hadisəyə kökləyin. Reallığa baxın. Həyat sosial şəbəkənin bir dəqiqəlik videoları deyil. O videoların arxasında yüzlərlə günahkar ailə, məktəb, xəstəxana və hüquqları müdafiə etməyə qadir hüquq mühafizə orqanları var. Susmayaq! Şikayət edək! Bu günümüzü, gələcəyimizi qoruyaq!!!

Məktəb böyükdən kiçiyə hamının həyatında var və biganəliklər davam edərsə, belə xəbərlərlə daha tez-tez qarşılaşa bilərik. Susmayaq! Şikayət edək! Etiraz bildirək! Övladlarımızın həyatını, zəkasını, savadını, taleyini müdafiə edək. Bir azərbaycanlı balasının nakam ruhunu şad edək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər