Siyəzəndə müəllimlərdən buna görə pul yığılır
Azərbaycanın müxtəlif rayonlarında orta məktəbi qızıl medalla bitirən, ali məktəblərə yüksək balla qəbul olan tələbələrin icra hakimiyyəti tərəfindən mükafatlandırıllması kampaniyası aparılır.
Teleqraf.com xəbər verir ki, Şəki, Ucar, Kürdəmir rayonları üzrə yüksək bal toplayan tələbələrin mükafatlandırılması haqqında mətbuatda məlumatlar yayılıb.
Redaksiyaya daxil olan məlumata görə, Siyəzən rayonunda da belə bir tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Bununla əlaqədar rayonun kənd məktəblərinin müəllimlərindən pul yığılır və bu da müəllimlərin haqlı narazılığına səbəb olub.
Məsələ ilə əlaqədar Təhsil Nazirliyindən bildirildi ki, rayon təhsil şöbəsi ilə əlaqə saxlayaq. Rayon təhsil şöbəsi ilə əlaqə cəhdimiz baş tutmadı. Siyəzən rayon İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Rəhman Mürvətov bildirdi ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.
SEVİL