7 İyun 2019 16:52
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 8-də Füzuli rayonunun Horadiz qəsəbəsində “Qarabağ günü” adlı tədbir keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə yazıçı Aysel Əlizadə məlumat verib.

“Sabah səhər dostlarla Bakıdan Horadizə yola düşürük. 16:00-da Horadizin Bayraq Meydanında olacağıq. Biz bu yolun adını “Qarabağa yürüş” qoyduq. Hər kəsi bu önəmli missiyaya qoşulmağa dəvət edirik.

Kənardan baxıb keçməyin, içimizdəki laqeydliyi, hikkəni aşaq bu dəfə, sonra kim istəyir davam etdirər. Bir olmaq gərəkdir”, - deyə A.Əlizadə qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər