8 İyun 2019 19:00
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Azərbaycanda ürək-cərrahiyyəsi sahəsində əldə edilən uğurlar bizi çox sevindirir, amma ölkəmizdə ürək transplantasiyası da aparılmalıdır".

Teleqraf.com xəbər verir ki, bunu “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, Azərbaycanda ürək-damar cərrahiyyəsi sahəsində böyük həkim ordusu formalaşıb: "Azərbaycan dövlətinin səhiyyə sahəsində apardığı siyasət nəticəsində kardioloji mütəxəssislər formalaşıb. Azərbaycan mütəxəssisləri ölkəmizdə ürəkdə ən ağır əməliyyatları həyata keçirirlər. Bu mütəxəssislərin əksəriyyəti Türkiyənin aparıcı universitetlərində hazırlanıb. Bu gün Azərbaycanın hətta regionlarında da ürək əməliyyatları uğurla icra olunur. Bu, bizi çox sevindirir. Azərbaycanda bu gün ürək əməliyyatlarını həyata keçirə bilən yüksək səviyyəli mütəxəssislərimiz olsa da, ürək transplantasiyasını apara bilmirik. "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun buna imkan vermir. Bu qanun köhnədir. Hazırda yeni qanun layihəsinin üzərində hazırlanıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər