30 İyun 2019 22:56
1 924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə yaşayan Azərbaycan vətəndaşı Dinar Sarməmmədova iki il evli olduğu Muhammed Vuraldan boşandığını, övladının əlindən alındığını bildirib.

Teleqraf.com xəbər verir ki, 24 yaşlı Dinar Sarməmmədova Azərbaycanda pedaqoji ixtisas verən ali məktəb fakültəsini bitirdikdən sonra uzaq qohumu olan 25 yaşlı Muhammed Vuralla 2016-cı ildə ailə qurub və Iğdır vilayətinin Evci kəndinə gəlin köçüb. Gənc cütlük Vuralın anası ilə birgə yaşayıb və bir müddətdən sonra uşaqları dünyaya gəlib. Təxminən iki il sonra ailə Dinarın zorakılığa məruz qalması iddiası ilə məhkəməyə müraciətinə baxıldıqdan sonra dağılıb. Məhkəmə 2 yaşlı R.-in tərbiyəsi hüququnu anasına verib. Lakin Dinar aylardır ki, oğlunun üzünə həsrətdir. Uşağı ona göstərməkdən də imtina edirlər.

“Boşanmadan əvvəl heç bir əsasları olmadan uşağı əlimdən aldılar. Məcbur qalıb məhkəməyə müraciət etdim və boşanmaq istədiyimi bildirdim. 2019-cu ilin may ayında məhkəmə boşanma qərarı çıxardı və uşağın tərbiyəsi hüquqlarını da mənə verdi”, - azərbaycanlı qadın deyir.

Amma aylardır körpəsini görə bilməyən Sarməmmədova səlahiyyətli orqanlardan və şəxslərdən kömək istəyib və kamera qarşısında göz yaşları töküb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər