16 İyul 2019 22:13
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay fəsli başlayandan günvurma əsas mövzulardan birinə çevrilib. Əhalinin çox hissəsinin qızmar günəş şüaları altında çimərliklərə üz tutması da diqqətdən yayınmır.

Teleqraf.com Səhiyyə Nazirliyindən bu məsələ ilə bağlı statistika əldə edib.

Verilən məlumatda bildirilir ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyana (BŞTTTYS) iyun ayından bu günə qədər günvurma ilə bağlı 23 çağırış daxil olub. Onlardan 10-u qadın, 13-ü kişi, 2-si isə uşaq olub. 15 nəfər hospitalizasiya edilib, 8 nəfərə isə yerindəcə tibbi yardım göstərili. Nazirlik həmçinin günvurma ilə bağlı insanları diqqətli olmağa çağırıb.

İmamət İsmayılova


Müəllif: Teleqraf.com