Dünən orta məktəblərdə vakant müəllim yerləri üçün kimya fənni üzrə müəllimlərin işə qəbul imtahanları keçirildi. Bu il ilk dəfə olaraq bir nəfər iştirakçı maksimum – 60 bal topladı.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, yüksək nəticəni Bakıdan Aidə Sadıqova göstərib. Deputat bildirib ki, bu gün ona zəng edərək təbrik edib, yeni uğurlar arzulayıb. “Onun qələbəsini xalqımızın fəxarəti adlandırdım”, – deyə A.Mirzəzadə vurğulayıb.