25 İyul 2019 20:28
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə yeni arxeoloji materiallar daxil edilib.

Teleqraf.com-un məlumatına görə, sözügedən materiallar Şəmkirdən tapılmış saxsı qablar və Əhəməni sarayından tapılmış Pasarqad tipli sütun altlığıdır.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərov tərəfindən muzeyə verilən materiallar e.ə. VI-IV əsrlərə aiddir və onlar arxeologiya tariximizin tədqiqi baxımından əhəmiyyətlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər