22 Avqust 2019 08:43
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Sərhəd Xidməti Bakıda təşkil edilən hərbi sərgidə ZTR 70s döyüş maşınını təqdim edib.

Teleqraf.com-un məlumatına görə, zirehli maşın Dövlət Sərhəd Xidməti tərəfindən tam modernləşdirilib.

Döyüş maşını yüksək manevr qabiliyyətinə malik olub bölmlərin qarşında duran tapşırıqların yerinə yetirilməsi məqsədilə qısa vaxt ərzində təyin olunmuş yerlərə təhlükəsiz çatdırılması üçün təyin olunub.

Qülləsində quraşdırılmış 14,5 mm-lik KPVT və 7,62 mm-lik PKT pulemyotları güclü atəş vasitəsi olaraq düşmənin yüngül zirehli texnikalarını və canlı qüvvəsini məhv etməyə, atəş sistemlərini susdurmağa malikdir.

Modernləşdirmədən sonra döyüş maşınının sürəti saatda 80 km-dən 120 km-dək artırılıb.


Müəllif: Teleqraf.com