26 Avqust 2019 11:00
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Havaya atılan tullantıların azaldılması və normalara cavab verməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ictimai-iaşə obyektlərində keçirilmiş monitorinqlərin və təmizləyici qurğuların quraşdırılması məqsədilə görülmüş kompleks tədbirlərin nəticəsi olaraq deyə bilərik ki, artıq restoran və şadlıq saraylarının 95 faizində qurğular quraşdırılıb".

Bu barədə Teleqraf.com-a nazirliyin Mətbuat xidmətindən bildirilib.

Əlavə olunub ki, bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması müşahidə olunduğundan ictimai-iaşə obyektlərində növbəti monitorinqlər keçirilib: "Monitorinqlər zamanı bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya yenə də normadan artıq tullantı atıldığı məlum olub.

Qurğulara vaxtında texniki xidmətin göstərilməsi, filtrlərin vaxtaşırı dəyişdirilməsi üçün obyekt sahiblərinə xəbərdarlıqlar edilib, icrası məcburi olan “məcburi göstəriş”lər verilib".

Monitorinqlər davam etdirilir.


Müəllif: Teleqraf.com