Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və onun rəhbərlik etdiyi Azərbaycan nüməyəndə heyətinin Səudiyyə Ərəbistanı səfəri bu gün başa çatır.
Real TV xəbər verir ki, Səfər zamanı Bütün Qafqazın Şeyxi Səudiyyə Ərəbistanın "Böyük Alimlər Şurası"nın üzvü şeyx Səd Nasir əş-Şisri, İslam Aləmi Liqası təşkilatının Baş Katibi Məhəmməd bin Əbdülkərim əl İsa, Baş katibin müavini Dr.Əbdül-Rəhman Əl-Zaid, Həcc və ümrə nazirinin müavini Dr. Abdul Fattah Mashat və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud ilə görüşlər keçirib.
Göstərilən iltifata görə Kral Salman bin Əbdüləziz Əl Səuda təşəkürünü bildirən Şeyxülislam ona Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb.
Hacı Allahşükür Paşazadə Kral Salman bin Əbdüləzizin Ermənistan tərəfindən təcavüzə məruz qalmış Azərbaycana verdiyi ənənəvi dost, qardaş dəstəyinin Prezident İlham Əliyevin və xalqımızın həmişə yüksək qiymətləndirdiyini vurğulayıb.
Rəsmi görüşlərdən əlavə Şeyx Hacı Allahşükür Paşazadə Məkkə şəhərində yerləşən Kəbə evinin örtüyünün hazırlandığı sexədə baş çəkib.
Səydiyyə Ərəbistanıda səfəri başa çatan Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə və onun rəhbərlik etdiyi Azərbaycan nüməyəndə heyəti Azərbaycana dönür.