17 Sentyabr 2019 16:24
562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 13-14-də Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində taekvondo üzrə gənclər arasında “Vl Koreya Səfri Kuboku” yarışları keçirilib.

Yarışlarda Bakı, Sumqayıt və Respublikanın müxtəlif bölgələrindən 15 komandadan 100-dən artıq idmançı mübarizəyə qatılıb.

Fövqəladə Hallar Nazirliyi İdman-sağlamlıq Mərkəzinin komandası yarışlarda mərkəzin fiziki hazırlıq şöbəsinin inspektoru Avropa çempionu Elvin Məmmədov rəhbərliyi altında iştirak edib. Yarışlarda uğurlu çıxış edən Mərkəzin taekvondoçusu Eltac Qafarov 68-kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Mərkəzin rəisi polkovnik Füzuli Musayev idmançı və məşqçisini qəbul edərək onları təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.


Müəllif: Teleqraf.com