26 Sentyabr 2019 15:13
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uğurlu böyrək köçürmə əməliyyatı urologiya və transplantologiya sahəsində tanınmış cərrah Rəşad Şolanın rəhbərliyi ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsində həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, 54 yaşlı qayınana xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kürəkəninə böyrəyini bağışlayıb:

“Pasiyentimiz illərdir əziyyətli hemodializ seanslarını alırdı və bu da orqanizmin sağlamlığına əks təsirsiz ötüşmürdü. Vəziyyəti getdikcə pisləşdiyindən ona təcili böyrək köçürülməli idi.

Nəticəsiz uyğun donor gözləmələrinin sonunda qayınanası kömək əlini uzatdı - böyrəyini bağışlayaraq kürəkəninə həyat bəxş etdi. Zəruri analiz və müayinələrdən sonra donorun sağlam olduğuna əmin olduq və əməliyyata qərar verdik.

Əməliyyatımız uğurla, fəsadsız keçdi. Xoşbəxtlikdən köçürülmüş böyrəyi orqanizm qəbul etdi. Artıq pasiyentimiz həyatına əziyyətli hemodializ prosedurları olmadan davam edəcək”.


Müəllif: İmamət İsmayılova

Oxşar xəbərlər