14 Noyabr 2019 12:58
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev bu gün keçirdiyi mətbuat konfransında Teleqraf.com əməkdaşının yaşayış binalarına istiliyin aşağı temperaturda verilməsinin səbəblərinə dair sualını cavablandırıb.

O qeyd edib ki, qazanxanadan istilik maksimum temperaturda çıxır: “Mən siz də daxil olmaqla bütün burada əyləşənləri bizim müəssisəyə dəvət edirəm. Gəlin baxın və özünüz şahid olun ki, qazanxanadan binaya istilik hansı temperaturda verilir. İstiliklə bağlı əsas problemlər mənzil daxili problemlərdən qaynaqlanır.

Məsələ ondadır ki, yaşayış binalarında mövsümə hazırlıqla bağlı tədbirlər zəif görülür. Bu tədbirlərə zirzəmilərin bağlanması, qurudulması, dam örtüyünün izolyasiya olunması və sair daxildir. Yəni, istilik itkisinin 90 faizi mənzil daxili problemlərlə bağlıdır”.

İlham Mirzəliyev qeyd edib ki, bir neçə il əvvələdək küçələrdən keçərkən isti su axan borulardan buxar axıntılarını tez-tez görmək mümkün olardı:

“İndi isə siz küçələrdə belə haları nadir hallarda görə bilərsiniz. Bu cür halları yalnız qəza hallarında görmək mümkündür. Bizim 1000 km-dək xətlərimiz var. Ola bilsin ki, həmin borularda müəyyən gözdən qaçan problemlər olsun”.


Müəllif: Səxavət