29 Noyabr 2019 12:48
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbinə Əliyeva Azərbaycanın yeni Ombudsmanı seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclis qərar qəbul edib.

Deputatlardan 104 nəfəri Səbinə Əliyevanın namizədliyinin lehinə, 14 nəfəri əleyhinə səs verib.

Hazırda yeni Ombudsman parlamentdə and içir.

Qeyd edək ki, Hüquq üzrə fəlsəfə doktoru olan S.Əliyeva Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır. Xanım hüquqşunas Azərbaycanın Çin Xalq Respublikasınıdakı sabiq səfiri və Millət vəkili Yaşar Əliyevin qızıdır.


Müəllif: Cavad

Oxşar xəbərlər