20 Sentyabr 2014 13:30
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimində iştirak edib.

Trend-in məlumatına görə, tədbirə Gürcüstanın, Türkiyənin, Avropa ölkələrinin və ABŞ-ın rəsmi nümayəndələri də qatılıblar.

Mərasimdə Bolqarıstan prezidenti Rosen Plevneliev, Yunanıstanın baş naziri Antonis Samaras, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Monteneqronun baş naziri Milo Cukanoviç, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio Deviçenti, BP şirkətinin icraçı direktoru Robert Dadli və digər rəsmi şəxslər, şirkət nümayəndələri iştirak ediblər.

İlk borunun üzərində Cənub Qaz dəhlizinin keçəcəyi ölkələrin, eləcə də ARDNŞ və BP-nin bayraqlarının əksi olub.

Dövlət başçısı və mərasim iştirakçıları qaz boru kəmərinin üzərinə imzalarını atıblar.


Müəllif:

Oxşar xəbərlər