24 Yanvar 2020 15:57
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində yeni təyinatlar olub.

İstehsalat Birliyindən Teleqraf.com-a verilən məlumata görə, Elmir Qaragözov qurumun baş geoloqu-baş direktorun müavini, Balaəli Cəfərov baş mühəndisin hasilat üzrə müavini təyin olunub.

“Azneft”də yeni təyinatlarla bağlı təqdimat mərasimi keçirilib.

SOCAR-ın Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov gənc kadrların yeni vəzifələrə təyinatını müsbət qiymətləndirib.


Müəllif: Teleqraf.com