25 Yanvar 2020 11:09
408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalanda elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Teleqraf.com-a "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, Xırdalan ETSİ-nin xidməti ərazisində elektrik verilişi xətlərində aparılacaq yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq 25 yanvar 2020-ci il tarixində saat 12.00-dan 14.00-a qədər "Quşçuluq yaşayış massivi", VDNX və "Kənd Xırdalan"ın bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranacaq.


Müəllif: Teleqraf.com