Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Teleqraf.com-a dünyanı cənginə alan koronavirus haqqında danışıb. Ekspert vəziyyətin ciddi şəkil aldığını vurğulayıb, əhalini diqqətli olmağa çağırıb.
Eyyub Hüseynov ötən illərdə hava limanında tibbi təhlükəsizliklə bağlı qarşılaşdığı xoşagəlməz hadisədən də söz açıb. Onun sözlərinə görə, virusun xaricdən gətirilən məhsul axını ilə yayılması riski də var.
Ekspert hesab edir ki, Bakıdakı Çin restoranlarında da virusa yoluxma ehtimalını nəzərə almaq lazımdır.