6 Fevral 2020 15:15
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ay yandırılmış meydi tapılan Nərmin Quliyevanın qatilinin kimliyi ilə bağlı sosial mediada yayılan anonim səs yazıları insanlarda suallar yaradır.

Şübhəli olaraq saxlanılan İlkin Süleymanovun vəkili Əlibaba Rzayev Teleqraf.com-a açıqlamasında bildirib ki, məlumatı yayanın kimliyi barədə o, heç nə bilmir: “Yayılan səs yazısı ilə bağlı araşdırmalar aparılır. Bəzi qaranlıq qalan məqamlar olduğu üçün heç bir açıqlama verə bilmərik. Araşdırmalar aparıldıqdan sonra istintaqın nəticələrinə əsasən məlumat verəcəyik”.

Vəkilin sözlərinə görə, İlkin Süleymanova yaxınları ilə görüşmək üçün şərait yaradılıb: “Görüş günlərində qohumları ilə görüşür. Hər şey qaydasındadır. Məsləhətləşirik, bu barədə heç bir problemimiz yoxdur”.

Xatırladaq ki, Nərmin Quliyeva ötən il 21 noyabr qonşuluqdakı toy mərasimi zamanı qaçırılmışdı. Yanvarın 6-da onun yanmış meyiti yaşadığı evin yaxınlığında tapılıb.

Nərminin oğurlanıb öldürülməsindən 2 ay sonra kənddə yaşayan ruhi xəstə İlkin Süleymanov tutulub. Cəmiyyətdə bu cinayəti xəstə bir şəxsin törətməsinə şübhə var.


Müəllif: Aysel Azad