Bu il fevralın 15-dək icbari tibbi sığortadan istifadə etmək üçün tibb müəssisələrinə 23 rayon üzrə 381 482 nəfər müraciət edib.
Teleqraf.com xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev bu günkü mətbuat konfransında deyib.
O bildirib ki, ən çox xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər, Yevlax, Ağdaş, Xaçmaz və Şəki rayon xəstəxanalarıdır: "Ən çox yuxarı tənəffüs yollarının dəqiqləşdirilmiş kəskin infeksiyası xəstəlikləri üzrə müraciət qeydə alınıb. Digər müraciətlər yüksək qan təzyiqi, digər ümumi baxışlar, insulindən asılı olmayan şəkərli diabet üzrə olub".