11 Mart 2020 23:45
1 772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Beynəlxalq Hava Limanı sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım maşınlarının olduğu videogörüntülərə aydınlıq gətirib.

Aeroportun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ötən gecə İtaliyadan tranzit gələn 26 nəfər sərnişin “Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib.

“Koronavirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantina yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Videogörüntülərdə yayımlanan çoxsaylı təcili tibbi yardım maşınları bununla izah olunur”- deyə məlumatda vurğulanıb.

Bakı Aeroportunda eyni zamanda bildirilib ki, 26 sərnişindən 24 nəfəri İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbi vətəndaşlardır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər