22 Aprel 2020 15:49
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” zalı aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində paytaxt sakini Cəlal Cabbarlının “play station” salonu işlətdiyi məlum olub. Obyektə baxış zamanı daha iki nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. C.Cabbarlı və müştərilər saxlanılaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb, onlar inzibati qaydada cəzalandırılıblar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər