5 May 2020 17:26
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün 76 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər sağalıb.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın brifinqində deyib:

"Bu günə qədər 26 nəfər dünyasını dəyişib. Hazırda 526 nəfər xüsusi karantin xəstəxanalarında müalicə alır.
Yoluxmaların artmasını gözləyirdik. Yumşalmaların nəticəsində yolxuma artacaq.

Yoluxmalar sadəcə Gəncə şəhərinə aid deyil. Yoluxmaların qarşısını almaq üçün nəzərdə tutulan tədbirləri məlumdur, karantin qaydalarına riayət etmək lazımdır".

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədovun sözlərinə görə, bu günkü statistika ümidverici deyil: "Hansı qərarların qəbul ediləcəyi gedişatdan asılıdır. Nəzərinizə çatdırım ki, rayonlarda ticarət mərkəzləri açılıb. Amma bu, arxayınlaşmağa əsas vermir. İctimai iaşə müəssisələrində davranışın qaydaları ilə bağlı metodiki göstərişlər var və Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Koronavirus.az saytında yerləşirdiririlib. Bunlara əməl etmək məcburidir".

O bildirib ki, 65 yaşdan yuxarı şəxslərin evdən çıxma qadağasının aradan qalxması qarşıdakı günlərin statistikasından asılıdır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər