7 May 2020 14:33
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi 11e ünvanında yaşayan C.Məmmədli (ad şərtidir-A.A.) üzləşdiyi problemlə bağlı Teleqraf.com-a müraciət edib.

Onun sözlərinə görə, bir il əvvəl mənzilinin qapısı qarşısından övladının "Volf" markalı sürətötürücülü velosipedi oğurlanıb. O, ötən il hadisə ilə bağlı polisə müraciət edib: "Oğurluq hadisəsi ilə bağlı videogörüntü və fotoşəkillər də var. Ona görə də oğrunun tapılacağına ümid edirdim. Amma təəssüf ki, üstündən bir il keçsə də, nəticə yoxdur".

Zərərçəkən bildirib ki, 22 may 2019-cu il tarixdə baş verən hadisənin görüntülərində oğrunun bütün davranışları aydın əksini tapıb. Həmin görüntülər diskə yazılıb: "Görüntüləriə baxdıq. Oğrunun hansı istiqamətdən gəldiyi, bloka necə daxil olduğu, velosipedi necə oğurladığı, hansı istiqamətdə getdiyi tam məlumdur.

Videogörüntünü ərizə ilə birlikdə 29-cu polis bölməsinə təqdim etdim. Bundan öncə isə hadisə haqqında Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdim".

Zərərçəkənin sözlərinə görə, bu hadisədən sonra binada 3-4 velosiped oğurluğu da olub: "Hadisələrin açılmaması təbii ki, oğruları daha da həvəsləndirir. Ona görə də Yeni Yasamalda belə hadisələr tez-tez baş verir".

Məsələ haqda Axar.az-a açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sözügedən hadisə ilə bağlı araşdırma aparılır.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər