Koronavirusa yoluxma halları Bakıda 47,5, Gəncə-Qazax regionunda 13,5, Aran regionunda 10, 2, Lənkəran regionunda 9,4 faiz qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, xaricdən gələnlərin yoluxmada payı 9,1 faiz təşkil edib.
“Bakıda ən çox yoluxma Yasamal və Nəsimi rayonlarında qeydə alınıb. Yoluxanların və vəfat edənlərin yaş qrupları arasında ciddi dəyişiklik yoxdur”, - o bildirib.