Rayonlara gediş-gəlişin açılışı sanitar-epidemioloji vəziyyətdən asılıdır. Hər şeyi statistika göstərəcək.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:
"Bu gün toyların başlaması da eyni qaydada, yəni statistikadan asılıdır. Hazırda şadlıq evləri bağlıdır. Qarşıdakı aylar üçün əvvəlcədən məlumat vermək olmaz".