3 Oktyabr 2014 14:11
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Mənim E-hökum@im” adı altında “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla 2 nominasiya üzrə nəzərdə tutulan müsabiqənin elanı ilə bağlı tədbir keçirib.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə müsabiqənin keçirilməsində əsas məqsədin görülən işlərin istifadəçilər tərəfindən qiymətləndirilməsi olduğunu deyib:

“İstəyirik ki, təkliflər irəli sürülsün, problemlər qabardılsın. Eyni zamanda elektron hökumətdən istifadə edən vətəndaş portaldan xəbərdar olmalıdırlar. Çünki elektron hökumət vətəndaşlarımızın müxtəlif dövlət orqanları ilə internet vasitəsilə rahat əlaqə yaratmasına kömək edir. Artıq elektron hökumət portalı 2 ildir ki, vətəndaşların istifadəsinə verilib. Portala qoşulmuş xidmətlərin sayı 400-ə yaxındır. Nazirlər Kabinetində qoşulmuş xidmətlərin sayı 291-dir”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər